Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər


Digərləri 03 Sen 2019 21:40:00 339 0

Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər

Qız övladları - behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər. Qız övladlarının insan üçün gətirdiyi dünya və axirət bərəkətləri ilə Məsumların (ə) mübarək dilindən tanış olaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Qız övladları - bərəkət mənbəyidirlər".

Həzrət Rəsulallah (s) buyurur: "O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar. Bərəkət və bağışlanmasını onun halına şamil edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə hər gün bir ilin ibadət savabını yazarlar".

Həzrət Rəsulallah (s) buyurur: "Onlar müjdə mənbəyidirlər".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, bir qız övladı olar, bu qız övladı onun üçün min həcdən, Allah yolunda edilən min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha üstündür".

Həzrət (s) buyurur: "O kəsin ki, üç qız övladı olar, cihadın məsuliyyəti onun çiynindən götürülər".

(adsgarden = window.adsgarden || []).push({});