"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır


Digərləri 03 Sen 2019 21:01:00 165 0

"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

"Volkswagen Group" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb

Bakı. "Volkswagen Group" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır. Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb. Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.