Tramp ABŞla Çin arasındakı ticarət danışıqları barədə


Dünya 03 Sen 2019 20:59:00 285 0

Tramp ABŞla Çin arasındakı ticarət danışıqları barədə

Ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

O vurğulayıb ki, Çinlə danışıqlar prosesində hər şey çox yaxşıdır.

D.Tramp bildirib ki, Pekin danışıqları onunla deyil, 2020-ci ildə keçiriləcək seçkilərdən sonrakı yeni hökumətlə aparmaq arzusundadır. O əlavə edib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə Çinlə saziş daha sərt olacaq.