Komitə: Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılmasının qarşısını almalıdırlar


Digərləri 03 Sen 2019 20:32:58 225 0

Komitə: Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılmasının qarşısını almalıdırlar

Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılması cəhdlərinin qarşısını almalıdırlar.

Bakı. İlhamə İsabalayeva - Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılması cəhdlərinin qarşısını almalıdırlar. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komtəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbirdə deyib. Sədr müavini qeyd edib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına diqqət yetirilməlidir. G.İsmayılov əlavə edib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslam vəhdət və qardaşlıq dini kimi xarakterizə olunur. Dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu baxımdan dindarlar dini mərasimlərin təşkilinə həssas yanaşmalı, Aşura mərasimlərinə siyasi elementlər qatılması, başqa ölkələrə xas keçirilməsi cəhdlərinin qarşısını almalıdırlar.