Conni Deppin qızı gecədə göz qamaşdırdı


Digərləri 03 Sen 2019 20:24:00 220 0

Conni Deppin qızı gecədə göz qamaşdırdı

Aktyor Conni Depp və fransız müğənnisi Venasa Paradinin qızı Lili-Rouz Depp Venesiya film Festivalında çıxışı ilə gecənin əsas ulduzuna çevrilib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, dünən Venesiya Film Festivalında daha bir premyera baş tutub. Bu dəfə tamaşaçılara baş rolda Timoti Şalamın oynadığı, V Henrixdən bəhs edən "Kral" filmi təqdim edilib. Aktyorla birlikdə çəkiliş heyətinin digər üzvləri, o cümlədən Lili-Rouz Depp (o, sonradan V Henrix kimi qələmə verilən Şahzadə Halın sevgilisi rolunu oynayıb), Joel Edgerton, Şon Harris, həmçinin ekran işinin rejissoru Devid Mişo da daxil olmaqla qırmızı xalıya çıxıblar.

20 yaşlı Lili-Rouz Depp çıxışı üçün "Chanel"dən solğun bənövşəyi paltarda seçib. Bu günə qədər bu festivalda gənc ulduz açıq pastel rənglərə üstünlük verir: məsələn, dünən edilən fotosessiya üçün yenə "Chanel"dən açıq çəhrayı bir paltar geyinmişdi.

23 yaşlı Timoti Şalam da kostyumu ilə publikanı təsirləndirib. Qırmızı xalıya "Haider Ackermann" moda evindən metal rəngli klassik kostyumda çıxan aktyor dəb mütəxəssislərinin müsbət rəylərini qazanıb. O, bu dəstini qara kovboy çəkmələri ilə tamamlayıb.

(adsgarden = window.adsgarden || []).push({});