Avtobus dağa çırpıldı


Dünya 03 Sen 2019 20:17:00 243 0

Avtobus dağa çırpıldı

İranın şimalında yerləşən Simnan vilayətinin Meyami rayonu yolunda avtobus dağa çırpılaraq aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Simnan vilayətinin Şahrud rayonu tibbi hadisələr və təcili yardım mərkəzinin direktor müavini Nasir Salmanpur deyib.

N.Salmanpurun sözlərinə görə, hadisə nəticəsində 58 nəfər yaralanıb.

Direktor müavini əlavə edib ki, 22 yaralı vertolyot, qalanları isə təcili yardım maşınları ilə Şahrudun İmam Hüseyn xəstəxanasına çatdırılıb.