ABŞ Talibanla razılaşdı:


Dünya 03 Sen 2019 19:59:00 217 0

ABŞ Talibanla razılaşdı:

ABŞ Talibanla saziş layihəsinə uyğun olaraq 135 gün ərzində Əfqanıstandakı 5 bazadan 5 min hərbi qulluqçunu çıxarmağa hazır olacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "TOLO Nyus" a açıqlamasında ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib.

"Bəli, biz prinsipial razılıq əldə edə bildik", - Xəlilzad bildirib.

Bununla belə Əfqanıstan üzrə xüsusi nümayəndə razılaşmanın yekun nəticə olmadığını, ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməli olduğunu söyləyib.