"Bilinçik"in hazırlanması


Digərləri 03 Sen 2019 19:24:00 257 0

"Bilinçik"in hazırlanması

Son.az Lent.az-a istinadən maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Азери" adı ilə məşhur olan səhifəyə istinadla "bilinçik"in resepti ilə tanış edəcəyik.

Tərkibi:

Xəmir üçün: 280-290 qr un 0.5 ç.q duz, 100 ml. bitki yağı, 4 ədəd yumurta (orta), 1 x.q şəkər tozu, 600 ml. süd (otaq istiliyində), 200 ml. su (otaq istiliyində)

İçlik üçün: 300-350 qr hazır qiymə, 100-150 qr nar dənəsi, 1 balaca dəstə keşniş, duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Bütün ərzaqları bir qaba əlavə edib, mikserlə qarışdırırıq. Sonra unu az-az töküb qatırıq. Hazır olduqdan sonra, bişirəcəyimiz qaba yağ əlavə edib xəmirləri qızardırıq. Xəmirin bir üzünü çox, digər tərəfi az qızardırıq.

(adsgarden = window.adsgarden || []).push({});