Məişət tullantılarından inqubator icad edən azərbaycanlı


Digərləri 03 Sen 2019 18:44:00 229 0

Məişət tullantılarından inqubator icad edən azərbaycanlı

"Fikirləşdim ki, bunu daha da təkminləşdirə bilərəm"

Azərbyacanlı gəncin hazırladığı cihaz digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, qəhramanımız gənc yaşlarından onda quşculuq təsərüffatına böyük maraq olduğunu bilirib.

Ev quşlarına marağını görən yaxınları ona 10 ədəd bildirçin hədiyyə ediblər. Bildirçinlərin yumurtalarının çoxaldığını görən Cavid inqubator hazırlamaq qərarına gəlib. İlk olaraq məişət tullantılarından istifadə edərək kiçik inqubator hazırlayıb.

Cavid Abuzərli - İxtiraçı: "Penaplasdan yığdım gördüm effekt aldım. Sonra keçdim həkimlərin dərman dizinfeksiya elediyi aparata. Fikirləşdim ki, bunu daha da təkminləşdirə bilərəm. Daha sonra digərinə keçdim. Burda yaxşı nəticə alsam da istifadə qaydası əllə idi. Əlnən yumurtaları çevirirdim əllə temperatora nəzarət edirdim. Fikirləşdim ki, bunu avtomatlaşdırım ki, yorucu olmasın".

Bundan sonra Cavid öz ixtirasını təkmilləşdirmək üzərində çalışıb. 8 il ərzində ərsəyə gətirdiyi inqubator avandanlığı isə digərlərindən daha fərqli və daha müasirdir. Bu cihazın hazırlanmasına o, cəmi 400 manat pul xərcləyib.

(adsgarden = window.adsgarden || []).push({});