İTVdə yeniliklər: Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, İlahə Şıxlinskaya...


Digərləri 03 Sen 2019 18:14:00 227 0

İTVdə yeniliklər: Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, İlahə Şıxlinskaya...

İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, telekanal xarici-lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək.

"Fatehin divanı" və  "Ötən günlər" adlı tok-şoular efir məkanına yenilik bəxş etmiş olacaq. Yeni mövsümün əsas proyektlərindən sayılan və bütün dünyada məşhur olan "SƏS" musiqi şousudur ki, onu da tamaşaçılar bu mövsümdə İctimai Televiziyanın efirində "Səs uşaqlar" olaraq izləyə biləcəklər.

Televiziya mühitinə yeni nəfəs gətirəcək daha bir təzə lisenziyalı proqram isə olduqca rəngarəngdir. Bu dünyanın məşhur  "Thank God You're Here" layihəsinin adaptasiya olunmuş versiyasıdır ki, bu da "Haradasan bu vaxtacan?" adlanır. "Fremantle" şirkətinə məxsus sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə  "Слава богу, ты пришел"  adı ilə tanınır.

Bundan başqa İTV  Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edəcək.

Yeni mövsümdən gənclər üçün nəzərdə tutulan "MAG" layihəsi də təzə formatda İctimai Televiziyada yayımlanacaq. Lisenziyalı intellektual oyunlar olan "61!", "Əlaçı", "Breyn Rinq", "Nə? Harada? Nə zaman?" proqramlarının da yayımı davam edəcək.

Həmçinin sosial, təhsil, kulturoloji, araşdırma yönümlü gündəlik prime-time tok-şou olan "Sabaha saxlamayaq"  yeni mövzularla tamaşaçıların görüşünə gələcək.

Serial həvəskarları bu mövsüm televiziyanın efirində dram janrında, gərgin və maraqlı süjet xəttinə malik "Kür nəğmə" adlı həftəlik serial izləyə biləcəklər.

Kino həvəskarlarını 2019-2020-ci illərdə maraqlı yeniliklər gözləyir. Belə ki, "Sony Pictures" şirkəti ilə rəsmi əməkdaşlıq çərçivəsində İTV yayım hüququnu əldə etdiyi filmlər ekrana gələcək.