Albert Aqarunovun qardaşı: "Heykəlin açılışına ailəliklə gələcəyik"


Digərləri 03 Sen 2019 18:19:00 201 0

Albert Aqarunovun qardaşı: "Heykəlin açılışına ailəliklə gələcəyik"

Albert Aqarunovun adına ucaldılan abidənin açılışında hamımız iştirak edəcəyik.

Son.az bildirir ki, bunu Trend-ə Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib. Onun sözlərinə görə, heykəlin müəllifi Ömər Eldarovdur.

R.Aqarunov qeyd edib ki, abidənin açılışı bu ilin oktyabrına nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb.

Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.

A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.