Aqarunovun qardaşı: Heykəlin açılışına ailəlikcə gələcəyik


Digərləri 03 Sen 2019 18:05:00 175 0

Aqarunovun qardaşı: Heykəlin açılışına ailəlikcə gələcəyik

Albert Aqarunovun adına ucaldılan abidənin açılışında hamımız iştirak edəcəyik.

Bakı. Ceyhun Ələkbərov - Albert Aqarunovun adına ucaldılan abidənin açılışında hamımız iştirak edəcəyik. Bunu Trend-ə Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib. Onun sözlərinə görə, heykəlin müəllifi Ömər Eldarovdur. R.Aqarunov qeyd edib ki, abidənin açılışı bu ilin oktyabrına nəzərdə tutulub. Qeyd edək ki, Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb. Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.