İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir


Dünya 03 Sen 2019 17:34:00 277 0

İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir

İran başqa ölkələrin İranda seldən zərərçəkənlərə 3 milyon avroluq maliyyə yardımından istifadə edə bilmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi deyib.

Ə.Peyvəndinin sözlərinə görə, həmin vəsait Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının hesabındadır: "ABŞ-ın İrana qarşı sanksiyalarına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin valyuta hesabı bağlanıb".

Qeyd edək ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.