Ağstafada 29 ədəd “Qrad” raketi tapılıb (FOTO)


Digərləri 03 Sen 2019 17:40:08 224 0

Ağstafada 29 ədəd “Qrad” raketi tapılıb (FOTO)

Ağstafada 29 ədəd 122 mm-lik “Qrad” raketi aşkarlanıb.

Bakı. Ağstafada 29 ədəd 122 mm-lik “Qrad” raketi aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, 33-cü məhəllə ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.