Bakıda naməlum şəxslər marşrut avtobusuna hücum etdi, pəncərə sındırıldı (FOTO)


Digərləri 03 Sen 2019 17:25:11 212 0

Bakıda naməlum şəxslər marşrut avtobusuna hücum etdi, pəncərə sındırıldı (FOTO)

Bakıda naməlum şəxslər “BakuBus” avtobusunun pəncərəsini sındırıb.

Bakı. Samir Əli - Bakıda naməlum şəxslər “BakuBus” avtobusunun pəncərəsini sındırıb. Bu barədə Trend-ə “BakuBus” MMC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, “BakuBus” MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb. Hadisə sentyabrın 2-də axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.