Ölkə bu hadisədən DANIŞIR:


Dünya 03 Sen 2019 17:19:00 241 0

Ölkə bu hadisədən DANIŞIR:

Türkiyənin Aydın vilayətində qorxulu hadisə baş verib.

Son.az Redaktor.az-a istinadən xəbər verir ki, gecə saatlarında qəbiristanlıqdan gələn inilti səsi sakinlər arasında həyəcan yaradıb. Dərhal hadisə barədə polisə məlumat verilib. Axtarışlar nəticəsində məlum olub ki, inilti səsi məzarların yaxınlığında yerləşən quyudan gəlir.

Sən demə, qızılaxtaranlar dərinliyi 20 metr olan quyuda qızıl olduğu barədə şaiələr eşidib. Ərazidə axtarış keçirmək istəyən şübhəlilərdən biri ehtiyatsızlıqdan quyuya düşüb. Xilasedicilərin səyi nəticəsində ağır xəsarətlər alan şəxs quyudan çıxarılıb.

Digər şübhəlilər isə aradan çıxmağa müvəffəq olub. Polis onların axtarışını davam etdirir.

(adsgarden = window.adsgarden || []).push({});