İranda 13 yaşlı qızı ərə verdilər


Dünya 03 Sen 2019 17:04:00 220 0

İranda 13 yaşlı qızı ərə verdilər

İranlı jurnalist Məsih Alinejad "Twitter"də 13 yaşlı qızın toy videosunu paylaşaraq, bu görüntülərin onu ağlatdığını bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, video İranda - Boyər-Əhməd əyalətinin Bəhməy şəhərində lentə alınıb. 

Məsih qızın heç 13 yaşı olmadığını iddia edir. Jurnalist İslam qanunlarına qəzəblənərək yazıb ki, o qanunlara əsasən, 13 yaşlı qız ərə gedə bilər, lakin öz libasını seçə bilməz.

(adsgarden = window.adsgarden || []).push({});