Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm


Digərləri 03 Sen 2019 16:54:00 246 0

Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm

Bir neçə gün öncə "E Media Group"un keçirdiyi "The Best of Azerbaijan" adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar.

Son.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Aygün Babayeva ilə əlaqə saxlayıb.

O, fotonun yanlış anlaşılmaya səbəb olduğunu bildirib:

"Ağlıma da gəlməzdi ki, başımda tac, üzərimdə "The Best of Azerbaijan" yazılı lentlə səhnəyə çıxmağım bu cür reaksiyalara səbəb olacaq. Mən sadəcə mükafatları təqdim edirdim.

Üzərimdə olanlar bəzək üçün, gözəl görüntü üçün idi. Bu, mükafatlandırma gecəsi idi, orada model yarışması keçirilmirdi. Hər kəs səhv başa düşüb".

Sosial şəbəkələrin müxtəlif səhifələrində fotosunu paylaşıb, onu lağa qoyanlara isə A.Babayevanın reaksiyası belə olub: