Nardaran sakini silahını könüllü olaraq polisə təhvil verib


Digərləri 03 Sen 2019 16:37:21 223 0

Nardaran sakini silahını könüllü olaraq polisə təhvil verib

Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.

Bakı. Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Bildirilir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil verib.