Facebookda tanış olduğu qızla görüşə gedən oğlan YOXA ÇIXDI


Dünya 03 Sen 2019 15:57:00 265 0

Facebookda tanış olduğu qızla görüşə gedən oğlan YOXA ÇIXDI

Türkiyənin Zonquldaq rayonunda Facebook-da tanış olduğu qızla görüşməyə gedən 23 yaşlı gənc yoxa çıxıb.

Son.az DHA-ya istinadən xəbər verir ki, görüşmək üçün İzmirə gedən və 21 gündür xəbər çıxmayan 23 yaşlı Mutlu Kıyardan narahat olan ailəsi, tapılması üçün polisə müraciət edib.

Mutlu Kıyar iddiaya görə, sosial şəbəkədə İzmirdə yaşayan Y.G. adlı gənc xanımla tanış olub. Y.G. ilə telefon vasitəsi ilə ailəsini də tanış edən Mutlu Kıyar keçən ayın 11-id atasına "Ata, mən İzmirdən bir qızla tanış oldum, onunla evlənmək istəyirəm. İzmirə getməliyəm" deyib. Avtobusla İzmirə gedən Mutlu Kıyar sonra atasına zəng edərək "Mənə görə narahat olmayın, İzmirdəyəm" söyləyib. 

21 gündür oğlundan xəbər-ətər alamadıqlarını bildirən Mustafa Kıyar "Mutlu ilə sonuncu dəfə telefonla danışdım. Mutludan xəbər ala bilmirik, yoxa çıxdı. Telefonuna zəng çatmır. Sevgilisinin nömrəsi var, ona da zəng etdik, o da bağlıdır. Nə qızdan, nə də oğlumdan 21 gündür xəbər ala bilmirik" ifadələrini işlədib.