Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb (ÖZƏL)


Digərləri 03 Sen 2019 15:49:06 194 0

Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb (ÖZƏL)

Yay aylarında Bakı Beynəlxalq Avtovağzal kompleksində şəhərlərarası və beynəlxalq istiqamətlərə sərnişin sayında artım müşahidə olunub.

Bakı. Ceyhun Ələkbərov - Yay aylarında Bakı Beynəlxalq Avtovağzal kompleksində şəhərlərarası və beynəlxalq istiqamətlərə sərnişin sayında artım müşahidə olunub. Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, üç ay ərzində 1 milyondan çox sərnişinin avtovağzaldan gedişi təmin olunub: "Son 3 ay ərzində (iyun, iyul, avqust) BBAK 38 089 reys həyata keçirib. Bu reyslər üzrə 1 milyon 14 min 748 sərnişin daşınıb. Bunlardan 92 min 916 nəfəri İstanbul, Marneuli, Tbilisi və Batumi şəhərləri istiqamətlərinə yola düşən sərnişinlərin payına düşüb. Qalanları isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib". P.Məmmədova sərnişinlərə xatırladıb ki, mövsümlə əlaqədar Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.