Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb (FOTO)


Digərləri 03 Sen 2019 15:31:00 192 0

Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb (FOTO)

Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak ediblər.

Bakı. Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak ediblər. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın üzvlərindən Şahin Atamov "Masters" seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıb. Fərdi yarışlarda İ.Qasımova (-55 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci yeri, N.Əliyev (-75 kq) üçüncü pilləni tutub. Bu nəticələrlə, idmançılarımız "Bazel Open"də 6 medala sahib olublar. 10 illik yubiley turnirinə 28 ölkədən 788 idmançı qatılıb. Milli komandanın digər üzvləri həftəsonu Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinə hazırlıqla əlaqədar, bu yarışa yollanmayıblar.