Yeni dərs ilinin əvvəlində 43 yeni məktəb binası istifadəyə veriləcək


Digərləri 03 Sen 2019 15:23:00 236 0

Yeni dərs ilinin əvvəlində 43 yeni məktəb binası istifadəyə veriləcək

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yeri olan 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.