Keçmiş baş redaktora vəzifə verildi


Digərləri 03 Sen 2019 15:25:00 206 0

Keçmiş baş redaktora vəzifə verildi

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Son.az APA-ya istinadən bildirir ki, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, "Ekspress" qəzetinin keçmiş baş redaktoru Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə "Ekspress" qəzetinin baş redaktoru olub. Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Nicat Abdullayev olub.