Röya: "Sevgilimlə yola gedə bilmirik"


Şou-biznes 03 Sen 2019 15:00:00 299 0

Röya: "Sevgilimlə yola gedə bilmirik"

Xəbərçiliyi sevmirəm. Ətrafımda kiməsə filankəslə danışma, mən onunla küsülüyəm demərəm. Amma özünü elə aparmalıdır ki, mən də onunla rahat olum. Gəlib mənə həmin adam haqqında danışsa, onla dostluğu bitirəcəm. Buradan başqalarına da səslənirəm ki, gəlib mənə deməyin ki, ona belə etdim, elə etdim. Həmin andan yanımda özünüzü itirəcəksiniz.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "Sözüm var" proqramında deyib. Müğənni dostluqlardan danışıb.

Röya bildirib ki, kişilərə qadınlarla dostluq etmək çətindir:

"Çünki qadınlar hər şeyi daha yaxşı dərk edir. Qadın-kişi dostluğunda xanım daha açıqdır, ağırdır. Dostlarımın çoxu kişilərdir. Çox qadın belə dostluğu apara bilmir. İki cür qadınlar var: incədir, xanım kimidir. Məsələn, Sevda Yahyayeva. Mən isə fərqliyəm. Hərdən özümə deyirəm ki, qadın kimi otur".

Röya danışmadığı dostlarına ilk addımı atdığını deyib:

"Heç vaxt kimləsə dava etməmişəm. Özlərinin səhvi olub. Birdən yaxınlaşırlar ki, məni İnstaqram-da izləyə bilərsən? Deyirəm, get, məni qara siyahıdan çıxart, gəl. Heç kimlə problemim yoxdur. Kiməsə ilk addım atmaq o deyil ki, barışdım. Adamlar var ki, onlarla yolun getmir".

Sevgidən danışan sənətçi etiraflar da edib:

"Sevməyi xoşlayıram. Bu aralar da sevmək istəyirəm. Amma bilmirəm necə edim. Sevgini yaradıb "Kimin belə sevgilisi var" oxumuşam. Başa düşmürəm, ya var, ya yoxdur. Bir ay olur, üç ay yox. Yola gedə bilmirik. Barışan kimi mahnı oxuyuram.