Pələng kənd sakinini parçaladı,


Dünya 03 Sen 2019 14:51:00 270 0

Pələng kənd sakinini parçaladı,

Hindistanda pələng kəndliyə hücum edərək onu öldürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Karnataka ştatında kəndlərdən birində baş verib.

Məlumata görə, 55 yaşlı kəndli camışları ilə qonşu kənddən qayıdarkən Bandipur qoruğu yaxınlığında pələng ona hücum edib. Pələng camışlara xəsarət yetirə bilməsə də, kəndlini meşəyə sürüyərək orada parçalayıb.

Evə qayıtmayan kəndlini axtaran ailəsi meşədə ayaqqabısının tayını və qanlı sümüklərini tapa bilib.