Bakıda kanalizasiya kollektorunda qəza - Hərəkət məhdudlaşdı


Digərləri 03 Sen 2019 14:03:00 173 1

Bakıda kanalizasiya kollektorunda qəza - Hərəkət məhdudlaşdı

Baş vermiş qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı-bərpa işləri aparılır.

Bakı. Samir Əli - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. "Azərbaycan Avtomobil Yollları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.