İlin ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib


Digərləri 03 Sen 2019 13:30:00 237 0

İlin ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Bakı. FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb. Trend-in məlumatına görə, “The Best” mükafatına namizəd “üçlük”də İngiltərə komandalarına rəhbərlik edən mütəxəssislər yer alıb. Bunlar Çempionlar Liqasının sonuncu qalibi – “Liverpul”un almaniyalı baş məçqçisi Yurgen Klopp, həlledici matçda 0:2 hesabı ilə uduzan “Tottenhem”in argentinalı çalışdırıcısı Maurisio Poçettino və İngiltərə Premyer Liqasında 1-ci yeri tutan “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Xosep Qvardioladır.