17 il çipsi, sosiska yeyən gənc kor qaldı,


Dünya 03 Sen 2019 13:21:00 213 0

17 il çipsi, sosiska yeyən gənc kor qaldı,

İngiltərədə 17 il boyunca ancaq fastfud yeyən yeniyetmə kor qalıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, Bristol xəstəxanasında müalicə alan yeniyetmə bu yaşına qədər qəbul etdiyi qidalara diqqət etmədiyinə görə görmə və eşitmə qabiliyyətini itirib.

Adı mətbuata açıqlanmayan yeniyetmə hazırda nə eşidə bilir, nə də ki görə. Həkimlərin dediyinə görə, ilk dəfədir ki, belə halla rastlaşırlar.

Onlar bildirib ki, uşaq 17 yaşına qədər ancaq fri, çipsi, sosiska, kolbasa və başqa fastfud məhsulları yeyib. O, meyvə xoşlamayıb. Nəticədə yaranan vitamin əksikliyi onun gözlə beynini əlaqələndirən sinir sistemini zədələyib.