Sabunçuda təzə tikilən körpü su ilə dolub,


Digərləri 03 Sen 2019 13:08:00 279 0

Sabunçuda təzə tikilən körpü su ilə dolub,

Bakıda yağan yağış fəsadlar törədib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb.

Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər. Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının  vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib. Hazırda ərazidə aidiyyatı qurumlar gözə görünmür.