PKKnın daha bir önəmli adamı öldürüldü FOTO


Dünya 03 Sen 2019 12:50:00 238 0

PKKnın daha bir önəmli adamı öldürüldü  FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Hakurk bölgəsində PKK terror təşkilatının 5 üzvünü zərərsizləşdirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhv edilən terrorçulardan birinin qruplaşmanın Kandil və Hakurk bölgələri arasındakı gömrük və köçürmə məntəqəsinə rəhbərlik edən, "Kava Garzan" kod adlı Nedim Karakulak olduğu məlum olub.

Qeyd olunur ki, 1992-ci ildə PKK-ya qoşulan və adı "qırmızı siyahı"da olan Karakulak 2013-cü ildən axtarışda idi.