Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşdi
İdman 03 Sen 2019 12:22:00 309 0
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşib.
Goal.az-ın məlumatına görə, UEFA qarşlaşmanı Maltadan olan briqadaya həvalə edib.
Qarşılaşmanı Trustin Farrucia Kann idarə edəcək. Ona Alan Kamilyeri və Luk Portelli kömək edəcək. Matçın 4-cü hakimi funksiyasını Alan Mario Sant yerinə yetirəcək.
Finlandiyalı hakim-inspektor Jouni Hyytia hakimlərin işinə qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Kristian Velander (İsveç) olacaq.
Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.
Mənbə: goal.az