Bakıda küçədə tapılan "bomj" xəstəxanada öldü


Digərləri 03 Sen 2019 12:19:00 242 0

Bakıda küçədə tapılan "bomj" xəstəxanada öldü

Bakıda küçədə yıxılmış vəziyyətdə tapılan kişi xəstəxanada ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonunda yaşayan, tüfeyli həyat tərzi keçirən, 1968-ci il təvəllüdlü Rüstəmov Ağamurad Əlağa oğlu Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "klub" adlanan ərazinin yaxınlığında uzanmış vəziyyətdə aşkarlanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanada A.Rüstəmov bildirib ki, küçədə yıxılaraq xəsarətlər alıb.

Amma müayinə zamanı onun baş və bədən səthində köhnə əzilmiş xəsarətlər aşkarlanıb.

A.Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.