"Sərbəst olmaq istəyirsənsə, təxəllüsün “quş” olsun"


Şou-biznes 03 Sen 2019 11:52:00 248 0

"Sərbəst olmaq istəyirsənsə, təxəllüsün “quş” olsun"

Şairə Nazilə Səfərli yaşadıqları ərazinin adını özünə təxəllüs götürən şou-biznes və mədəniyyət nümayəndələrini tənqid edib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, sosial media hesabında bəzi şəxsləri təxəllüslərini daşıdıqları ərazinin adına uyğun hərəkətlər etmədiklərini yazıb:

"Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil.

Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və.s) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir.

Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb, "tuman-paça" video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən!

İstər qadın, istər kişi əlinə saz alıb saunada, hovuzda sərxoş kişilərə saz çala bilməzsən, ay aşıq!

Əlinə tar-kaman alıb, hamam qonaqlığında göbəyinə fitə bağlayıb, otura bilməzsən, ay tarzən, ay xanəndə ! Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzsən, adını jurnalist qoyub, dilənçiliklə, şantajla pul qazana bilməzsən!