Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək


Dünya 03 Sen 2019 11:39:00 220 0

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfər sentyabrın 4-də baş tutacaq. Rusiya KİV-ləri Təhlükəsizlik Şurası aparatına istinadən N.Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya səfər etdiyini yazıblar.

Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.