Bakının bu ərazilərində qaz olmayacaq


Digərləri 03 Sen 2019 11:30:00 200 0

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qazın təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.