Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu


Dünya 03 Sen 2019 09:51:00 216 0

Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu

"Rossiya 1" telekanalında yayımlanan "Kto protiv?" ("Kim əleyhinədir?") verilişinin canlı efirində ukraynalı politoloq Vyaçeslav Kovtun studiyadan qovulub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Kovtun alman silahlarının Ukraynaya tədarükü və bunun alman mətbuatında işıqlandırılması haqda danışan Almaniyanın "World Economy" jurnalının baş redaktoru Aleksandr Sosnovskinin sözlərinə kəskin reaksiyası olub.

O, alman mətbuatı haqda etikaya uyğun olmayan ifadələr işlədib.  

Kovta qırmızı vərəqə göstərən aparıcı Sergey Mixeyev onu studiyadan kənarlaşdırıb.