Ermənistanda işsizlərin sayı artıb


Dünya 03 Sen 2019 10:22:00 183 0

Ermənistanda işsizlərin sayı artıb

Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir.

2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı.