Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı


Digərləri 03 Sen 2019 10:27:10 262 0

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır.

Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər.

Sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.