Bakı bulvarında ŞOK ANLAR Heç kim kömək edə bilmədi FOTO


Digərləri 03 Sen 2019 10:45:00 227 0

Bakı bulvarında ŞOK ANLAR  Heç kim kömək edə bilmədi  FOTO

Ötən gün Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

Son.az baku.ws-yə istinadən bildirir ki, hadisə saat 21 radələrində baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.