Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək


Digərləri 03 Sen 2019 10:37:00 199 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 sentyabr tarixində keçiriləcək. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 6 sentyabrda, saat 09:00-da başa çatacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.