Gecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı TƏFƏRRÜATLAR - Cinayət işi açıldı


Digərləri 03 Sen 2019 10:20:00 184 0

Gecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı TƏFƏRRÜATLAR - Cinayət işi açıldı

Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.