Bakıda keçiriləcək AVRO-2020-nin Təşkilat Komitəsinin tərkibində dəyişiklik edildi


İdman 03 Sen 2019 09:32:00 326 0

Bakıda keçiriləcək AVRO-2020-nin Təşkilat Komitəsinin tərkibində dəyişiklik edildi

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, bunun bağlı Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.