Tüfənglə selfi edən qızın üzü parçalanıb tanınmaz hala düşdü FOTO


Dünya 03 Sen 2019 09:37:00 284 0

Tüfənglə selfi edən qızın üzü parçalanıb tanınmaz hala düşdü  FOTO

Ukrayna sakini Polina Gordikin selfi sevdası başına bəla olub.

Son.az axşam.az-a istinadən bildirir ki, 17 yaşlı qız rəfiqəsi Veronikanın evində təşkil edilən partidə ağır yaralanıb. Veronika Polinaya babasının ov tüfəngi ilə selfi etməyi təklif edib.

Bu zaman tüfəngdən açılan atəş Polinanın üzünü parçalayıb. Dərhal xəstəxanaya çatdırılan gənc qızın üzərində 7 saat cərahiyyə əməliyyatı aparılıb.

Polis tüfənglə selfi təklif edən Veronika və onun babası haqda araşdırma başladıb.

(adsgarden = window.adsgarden || []).push({});