Ermənistanda işsizlərin sayı artıb


Digərləri 03 Sen 2019 09:31:00 209 0

Ermənistanda işsizlərin sayı artıb

Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir

Bakı. Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında deyilir. Qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir. 2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı.