Kaliforniya sahillərində yanan gəmidə ölənlərin sayı 8ə çatıb


Dünya 03 Sen 2019 09:24:00 306 0

Kaliforniya sahillərində yanan gəmidə ölənlərin sayı 8ə çatıb

ABŞ-ın Santa-Krus adası sahillərində (Kaliforniya ştatı) "Conception" gəmisində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

Son.az bildirir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, gəminin yanıb batması nəticəsində ölənlərin sayı 8 nəfər çatıb.

Gəmidə yanğın başlayan zaman 34 sərnişin və 5 heyət üzvü olub. Heyət üzvləri xilas ola biliblər.