2 otaqlı ev yandı


Digərləri 03 Sen 2019 09:15:00 225 0

2 otaqlı ev yandı

Ucarda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Ucar rayonunda ümumi sahəsi 90 m² olan 2 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.