Kabildə güclü partlayış baş verib:


Dünya 03 Sen 2019 08:43:00 249 0

Kabildə güclü partlayış baş verib:

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobilin partlaması nəticəsində 5 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib ki, partlayış yaşayış evlərinin yaxınlığında baş verib, bir çox evlərə ziyan dəyib.

Partlayışa görə məsuliyyəti "Taliban" radikal hərəkatı öz üzərinə götürüb.