"PSJ" "İnter"in hücumçusu İkardini icarəyə götürüb


Digərləri 03 Sen 2019 06:19:00 221 0

"PSJ" "İnter"in hücumçusu İkardini icarəyə götürüb

Fransanın "PSJ" futbol klubu İtaliyanın "İnter" klubunun hücumçusu Mauro İkardini icarəyə götürüb

Bakı. Fransanın "PSJ" futbol klubu İtaliyanın "İnter" klubunun hücumçusu Mauro İkardini icarəyə götürüb. Trend-in Fransa klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, icarə razılaşması 2020-ci ilin iyun ayına qədər nəzərdə tutulub və argentinalı futbolçunun transfer imkanıda mövcuddur. "PSJ"yə keçidini şərh edən M.İkardi bildirib: "PSJ"yə göstərilən etimada görə təşəkkür edirəm. Mən komandanın bütün turnirdə irəliləməsi üçün hər şey etməyə hazıram. "PSJ" beynəlxalq futbolda güclü klub olub. Mən əminəm ki, burada daha yüksək nailiyyətlər əldə etmək üçün bütün şərait yaradılıb".