Yaşıınıza görə təzyiq normaları CƏDVƏL


Digərləri 02 Sen 2019 23:39:00 383 0

Yaşıınıza görə təzyiq normaları  CƏDVƏL

İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur. Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.

Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:  

* Sistolik arterial təzyiq - qanın vurulmasının ən yüksək həddidir.

* Diastolik arterial təzyiq - ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir.

Normal arterial təzyiq 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.

Yaş---- Kişilər ----Qadınlar

20      123/76     116/72 

20-30  126/79    120/75

30-40  129/81    127/80

40-50  135/83    137/84

50-60  142/85   144/85

70 -    142/80     159/85

Uşaqlarda arterial təzyiq neçə olmalıdır?

(adsgarden = window.adsgarden || []).push({});